23 Aprel 2024
Ermənistan mediası: “Azərbaycan hərbçiləri Cermukda irəliləyib”

Ermənistan mediası: “Azərbaycan hərbçiləri Cermukda irəliləyib”

19 May 2021
Baxış: 853

“Artıq bir neçə gündür ki, internetdə Azərbaycan silahlı qüvvələrinin Qarabağdakı mövqelərini inkişaf etdirdikləri, üstəlik bunu bir anda bir neçə istiqamətdə etməyə çalışdıqları, ancaq Karvaçarda (Kəlbəcərdə) bir neçə yüz metr irəlilədikləri barədə məlumatlar ortaya çıxıb”.

AJMEDİA.info xəbər verir ki, bunu Ermənistanın “Hraparak” qəzeti yazıb.

Erməni nəşri mövzunu inkişaf etdirərək əlavə edib: “Qarabağın rəsmi qurumları bu məlumatı təkzib etsə də, müxalifət nümayəndələri bunu təsdiqləyirlər. “Ədalət” partiyası fraksiyasının rəhbəri David Qalstyan bizimlə söhbətində məlumatın həqiqətə uyğun olduğunu söyləyib. “Mən də eşitdim ki, Karvaçar (Kəlbəcər) və Cermuk bölgələrində azərbaycanlılar son günlərdə sərhədləri dəqiqləşdirmək bəhanəsi ilə mövqelərini yaxşılaşdırıblar”.

“Qarabağ prezidenti” Arayik Arutyunyan isə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyandan nümunə götürərək öz mövqelərini möhkəmləndirməklə məşğuldur. Qarabağda asfaltlama və küçələrin işıqlandırılması üzərində iş gedir”, – deyə “Hraparak” qəzeti qeyd edir.