20 Aprel 2024
Ermənilər Gövhər Ağa məscidinin taleyindən “narahatdır” - NONSENS

Ermənilər Gövhər Ağa məscidinin taleyindən “narahatdır” - NONSENS

22 İyun 2022
Baxış: 355

Rusiyanın Azərbaycandan reportajı ermənilərin “böyük qardaş” haqqında düşüncələrinin üstündən növbəti dəfə xətt çəkib.

AJMEDİA.İNFO xəbər verir ki, Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyan Rusiya Prezident Administrasiyasına və Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin direktoruna narazılıq məktubları yazıb.

Abramyan məktublarında şikayətlənib ki, jurnalist Aleksandr Buzaladzenin süjeti Qarabağda baş verən hadisələrin natamam mənzərəsini təqdim edir.

Ara Abramyan həyasızcasına vurğulayıb ki, ermənilər Gövhər Ağa məscidinin taleyindən narahatdır. Qeyd edək ki, Şuşadakı Gövhər Ağa məscidi işğal dövründə fars məscidi kimi təqdim edilirdi. Baxmayaraq ki, məscid çar Rusiyası dövründə azərbaycanlılar tərəfindən tikilib.

Abramyanın yaddaşını təzələyib diqqətinə çatdırmaq istəyirik ki, reportaja ermənilər tərəfindən dağıdılmış Azərbaycanın şəhər və kəndləri, Azərbaycan mədəniyyət xadimlərinin məhv edilmiş abidələri, Xurşudbanu Natəvanın məzarının erməni talançıları tərəfindən talan edilməsi, azərbaycanlıların məzarlarının dağıdılması və dəyişdirilməsi, məscidlərin inək və donuz tövləsinə çevirməsi əlavə edilməyib. Siyahını uzatmaq olar.

Abramyan erməni terrorçularının vəhşiliyindən bəhs edilmədən dağıdılan Füzuli və yenidən qurulan Şuşa haqqında belə bir həqiqəti görmək istəmir. Yuxarıda sadaladıqlarımızı necə, reportajda görməyə hazır idimi?

Ara Abramyan, istədiyiniz qədər ağlaya, bütün instansiyalara məktub yaza bilərsiniz, eyni zamanda, Rusiyanın Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını da unutmayın! (konkret.az)