18 Aprel 2024
Ərdoğanın Putinlə görüşəcəyi tarix BƏLLİ OLDU

Ərdoğanın Putinlə görüşəcəyi tarix BƏLLİ OLDU

21 Sentyabr 2021
Baxış: 601

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 29-da Rusiyaya səfər edəcək.

AJMEDİA.İNFO TASS-a istinadən xəbər verir ki, məlumatı Türkiyə Prezidentinin Administrasiyası yayıb.

Səfər çərçivəsində Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Bildirilib ki, prezidentlərin ikitərəfli əlaqələrin hazırkı vəziyyətini, beynəlxalq arenadakı gündəlik aktual məsələləri, o cümlədən Suriyadakı vəziyyəti müzakirə edəcəkləri gözlənilir.