19 Aprel 2024
Ərdoğandan İsrail baş naziri ilə görüş mesajı – “Ramazandan sonra...”

Ərdoğandan İsrail baş naziri ilə görüş mesajı – “Ramazandan sonra...”

01 Aprel 2022
Baxış: 502

“Ramazan ayından sonra İsrail baş naziri ilə enerji məsələsini müzakirə etsək və dərhal addımlar atsaq, İsrail və Türkiyənin əməkdaşlığı Şərqi Aralıq dənizində neft və təbii qazla bağlı prosesi sürətləndirəcək”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə lideri ölkəsi ilə İsrail arasındakı münasibətlərin normallaşması prosesindən danışıb:

“Cənab Hersoq (İsrail prezidenti – red.) Türkiyəyə səfər etmişdi. Hersoqun bu səfəri zamanı biz bir çox məsələləri, o cümlədən əsasən enerji məsələsini ətraflı müzakirə etdik. Keçmişdə İsraillə Türkiyə arasında enerji ilə bağlı müəyyən əlaqələr olub. Əlaqə sanki qırılma nöqtəsinə gəlmişdi, Netenyahunun dönəmiydi, olaylar birdən-birə tərsinə döndü.

Çünki İsrailin enerji ixracı baxımından düşündüyü yol xərc nöqteyi-nəzərindən uyğun olmayan bir yoldur. Yəni İsraildən Yunanıstana borular dənizin altıyla çəkilsin, buradan oraya, oradan da Avropaya paylansın, təbii ki, bu mümkün deyil. Xərc hesablamaları nəticəsində bu iş üçün ən uyğun variantın təbii qazın Türkiyə üzərindən çıxarılması olduğu görünür.

Təbii ki, onlar artıq bu barədə öz aralarında danışırlar. Nəticə etibarilə bu iş üçün ən uyğun yol bunu Türkiyə üzərindən etməkdir. Cənab Hersoqla görüşümdə sözünü uzatmadan dedim ki, icazə verin, xarici işlər naziri, energetika və təbii sərvətlər nazirini sizə göndərim. Əgər siz mənim enerji və təbii sərvətlər nazirimlə enerji məsələsini, xarici işlər nazirimizlə də regionla bağlı problemləri müzakirə etsəniz, razılaşma əldə edə bilərik. Yetər ki, siz də səmimi şəkildə “Yaxşı, biz də bu addımı atırıq” deyin.

Cənab Hersoq buna hazır olduğunu göstərən cavab verdi, “məmnuniyyətlə” dedi. O, “Mən də bunu cənab baş nazirə deyəcəyəm” dedi. Mən də dedim ki, məmnun olacağam. Çox güman ki, bu məsələ ilə bağlı artıq bu işə başlayıblar. Ramazan ayından sonra Bennetlə (İsrail baş naziri – red.) bu məsələni müzakirə etsək və dərhal addımlar atsaq, İsrail və Türkiyənin əməkdaşlığı Şərqi Aralıq dənizində neft və təbii qazla bağlı prosesi sürətləndirəcək. Mən bu barədə çox ümidliyəm”.(teleqraf.com)