29 Mart 2024
Ərdoğan Türkiyənin istehsal etdiyi vaksinin adını AÇIQLADI

Ərdoğan Türkiyənin istehsal etdiyi vaksinin adını AÇIQLADI

22 İyun 2021
Baxış: 825

Türkiyənin koronavirus əleyhinə hazırladığı vaksinə “TURKOVAC” adı verilib.

AJMEDİ.İNFO “TRTHaber”ə istinadən bildirir ki, peyvəndin adını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

İyunun 22-də könüllülərə yerli aşının üçüncü fazasının ilk dozası vurulub.

R.T.Ərdoğan mərasimə video-konfrans vasitəsilə qatlıb.

“Üçüncü fazanın ilk tətbiqi ilə birlikdə Türkiyə artıq bu sahədə bir dönəmin qapılarını açır. Bir neçə həftə ərzində ölkəmizdəki 18 yaşdan yuxarı əhalinin hamısının peyvəndlənməsinə nail olacağıq”, - o vurğulayıb.