16 Aprel 2024
Ərdoğan: “Ermənistan azərbaycanlı qardaşlarımızın qəhrəmanlığı sayəsində ağır məğlubiyyətə uğradı”

Ərdoğan: “Ermənistan azərbaycanlı qardaşlarımızın qəhrəmanlığı sayəsində ağır məğlubiyyətə uğradı”

08 Noyabr 2021
Baxış: 583

“Başda Prezident, qardaşım İlham Əliyev olmaqla, bütün azərbaycanlı qardaşlarımızı bir daha beynəlxalq ictimaiyyət qarşısında 30 ilə yaxın davam edən işğala son qoymuş qələbəsi münasibətilə təbrik edirik. Qarabağa və Azərbaycan torpaqlarına ədalətsiz, qanunsuz və əxlaqsız hücumlar qarşısında susanlar bölgədə baş verən faciənin əsas məsuliyyətini daşıyırlar”.

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasında deyib.

"Şüurlu şəkildə silahlandırılan və həvəsləndirilən Ermənistan əvvəllər də atəşkəsi pozub. Bu dəfə Türkiyə olaraq azərbaycanlı qardaşlarımızı daha güclü dəstəklədik. Münaqişələr davam edərkən elan olunmuş bütün atəşkəs rejimini pozan Ermənistan azərbaycanlı qardaşlarımızın şücaəti və qəhrəmanlığı sayəsində ağır məğlubiyyətə uğradı", - Prezident vurğulayıb.

"Bu qələbədə əməyi olan hər kəsi təbrik edir, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə sağlam ömür arzulayıram. Nəhayət, Füzulidə tikilmiş beynəlxalq hava limanının açılışında göstərdik ki, biz yenidənqurma və quruculuq işlərində azərbaycanlı qardaşlarımızın yanındayıq", - Ərdoğan əlavə edib.