29 Mart 2024
Ərdoğan bu iki ölkənin üzvlüyünə ETİRAZ ETDİ - NATO Baş katibindən REAKSİYA

Ərdoğan bu iki ölkənin üzvlüyünə ETİRAZ ETDİ - NATO Baş katibindən REAKSİYA

16 May 2022
Baxış: 540

“Türkiyənin dilə gətirdiyi narahatlıqları Finlandiya və İsveçin NATO-ya üzv olmaq prosesini gecikdirməyəcək şəkildə müzakirə edəcəyimizə əminəm”.

AJMEDİA.İNFO xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq belə açıqlama verib.

O bildirib:

“NATO-ya qoşulmaq barədə qərar vermək onların suveren hüququdur. Qərarlarına hörmət edəcəyik. Finlandiya və İsveçin üzv olmaq barədə müraciət etməsi tarixi an olacaq. Türkiyə bəzi narahatlıqlarını dilə gətirdi. NATO hər zaman olduğu kimi narahatlıqlar olanda masaya oturur. Üzv olmaq məsələsində necə hərəkət edəcəyimiz barədə ortaq mövqeyə və fikir birliyinə gəcələyimizə əminəm”.

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan Yunanıstanı misal çəkərək Finlandiya və İsveçin NATO-ya üzv olmasına müsbət yanaşmadıqlarını ifadə edib:

“Bizdən əvvəlki rəhbərlik Yunanıstanla bağlı NATO məsələsində səhv qərar verdi. Yunanıstanın NATO-ya güvənərək Türkiyəyə qarşı davranışlarını bilirsiniz. Bu məsələdə Türkiyə olaraq ikinci dəfə səhv etmək istəmirik”.