20 Aprel 2024
Emmanuel Makronu Hitlerə bənzətdilər - FOTO

Emmanuel Makronu Hitlerə bənzətdilər - FOTO

21 İyul 2021
Baxış: 540

Fransanın Tulon şəhərinin küçələrində Prezident Emmanuel Makronun Adolf Hitlerə bənzədilən fotoları nümayiş olunub.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “Le Bien Public” nəşri məlumat yayıb.

Məlumata görə, lövhəyə vurulan fotoda Fransa lideri nasist ordusunun hərbi formasında göstərilib.

Lövhənin üzərində Üçüncü Reyxin bayrağının fonunda “Tabe ol. Peyvənd olun!” sözləri yazılıb.

Tulon prokurorluğu hadisə ilə bağlı araşdırma başladıb.

Qeyd edək ki, lövhə Fransada tətbiq olunan koronavirus məhdudiyyətinə etiraz olaraq hazırlanıb.