16 Aprel 2024
Emin Hacıyev barəsində yazılan xəbərlərə münasibət bildirdi

Emin Hacıyev barəsində yazılan xəbərlərə münasibət bildirdi

21 Noyabr 2021
Baxış: 634

Artıq bir neçə gündür bəzi saytlarda və sosial şəbəkələrdə Milli Məclisin deputatı Emin Hacıyevin Bakıda kirayədə yaşaması və buna görə də deputata müəyyən vəsaitin ayrılması ilə bağlı xəbərlər paylaşılmaqdadır.

Bildirmək istəyirik ki, deputat Emin Hacıyevin ev kirayəsi üçün hər hansı bir vəsait almağı və ya bununla bağlı müraciət etməyi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir, doğru məlumat deyil.

Bəzi sosial şəbəkə və media platformalarını informasiyanı dəqiqləşdirməmiş, heç bir araşdırma aparmamış ictimailəşdirməməyə və sağlam əməkdaşlığa dəvət edirik.

AJMEDIA.INFO xəbər verir ki, Deputat Emin Hacıyev öz şəxsi facebook hesabında bu məsələyə aydınlıq gətirərək bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tarixi qələbə qazandı, biz Qarabağımıza qayıtdıq və artıq biz qalib ölkənin vətəndaşlarıyıq. Cənab Prezidentin bu gün elan etdiyi prioritetlər və həyata keçirdiyi siyasət Qarabağın dirçəlməsinə və inkişafına yönəlmişdir. Biz də hər bir Azərbaycan vətəndaşı və hər bir millət vəkili kimi bu işdə öz töhfəmizi verməyə hazırıq, və Milli Məclisin sədri Sahibə xanım Qafarova bunu öz çıxışında bildirmişdir.

https://www.facebook.com/emin.m.hajiyev/posts/10158661013611658