30 Mart 2024
Elkin və Edelşteyn: "İran Ukraynanı hərbi poliqona çevirir, bu, İsrail üçün təhlükəlidir"

Elkin və Edelşteyn: "İran Ukraynanı hərbi poliqona çevirir, bu, İsrail üçün təhlükəlidir"

22 Fevral 2023
Baxış: 1762

Ukrayna Müdafiə Nazirliyinin rəhbərliyi İranın hücum pilotsuz təyyarələrinə qarşı mübarizə taktikasının öyrənilməsində israilli həmkarları ilə əməkdaşlıq etmək arzusunu ifadə edib və deputatlardan kömək istəyib.

AJMEDİA.İNFO xəbr verir ki, Knessetin üzvləri Zeev Elkin (Dövlət Düşərgəsi) və Yuli Edelşteyn (Likud) Kiyevə səfəri zamanı fevralın 21-də Rusiyanın Ukraynaya qarşı müharibədə istifadə etdiyi silahların qabaqcıl modellərinin öyrənildiyi xüsusi laboratoriyaya baş çəkiblər. Digər şeylərlə yanaşı, israilli qonaqlara Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən tutulan İran pilotsuz təyyarəsi nümayiş etdirilib.