25 Aprel 2024
Əlindəki kağız Baydeni rüsvay etdi – Orada nə yazılıb? + TAM MƏTN

Əlindəki kağız Baydeni rüsvay etdi – Orada nə yazılıb? + TAM MƏTN

24 İyun 2022
Baxış: 388

Tez-tez səhvləri və anlaşılmaz davranışları ilə gündəmdə olan ABŞ Prezidenti Co Bayden bu dəfə əlindəki kağız parçası ilə diqqətləri öz üzərinə çəkib.

AJMEDİA.İNFO xəbər verir ki, Ağ Evdə qubernator, əməkçi liderlər və özəl şirkət nümayəndələri ilə görüşən Baydenin əlindəki kağızda etməli olduğu hər şeyin bir-bir yazıldığı təlimatın siyahısı olduğu görülüb. Kağızda “Oturacaqsan”, “İştirakçılara təşəkkür edəcəksən” və “Otaqdan çıxacaqsan” kimi göstərişlər olub.

Məlum olub ki, Baydenin etməli olduğu hər şey bu “təlimat siyahısında” ardıcıllıqla yazılıb. Təlimatlar aşağıdakı kimi olub;

Siz Ruzvelt Otağına girəcək və iştirakçıları salamlayacaqsınız.

Oturacaqsınız.

Mətbuat nümayəndələri gələcək.

2 dəqiqəlik brifinq verəcəksiniz.

Mətbuat mənsubları otağı tərk edəcəklər.

Siz Liz Şulerə sual verəcəksiniz. (Xatırlatma: Liz görüşdə onlayn iştirak edəcək)

İştirakçılara təşəkkür edəcəksiniz.

Siz iştirakçılara təşəkkür edib otağı tərk edəcəksiniz.(sfera)

Teqlər: Co Bayden