29 Mart 2024
Əfqanıstanda terror aktı törətmək istəyən 5 İŞİD silahlısı tutuldu

Əfqanıstanda terror aktı törətmək istəyən 5 İŞİD silahlısı tutuldu

08 Oktyabr 2021
Baxış: 392

Əfqanıstanda Xost əyalətində İŞİD-in 5 döyüşçüsü hücum hazırladıqları üçün saxlanılıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə əyalət valisi Məhəmməd Nabi Öməri öz tviter səhifəsində məlumat verib.

Qeyd edək ki, sentyabrın 29-da Əfqanıstanın cənub-şərqindəki Xost əyalətindəki bir məsciddə partlayış baş verib, nəticədə bir nəfər ölüb, 14 nəfər yaralanıb. İŞİD silahlıları hücuma görə məsuliyyəti öz üzərinə götürüb.