25 Aprel 2024
Əfqanıstanda daha bir məsciddə terror aktı: Ölən və yaralananların sayı artıb - YENİLƏNİB

Əfqanıstanda daha bir məsciddə terror aktı: Ölən və yaralananların sayı artıb - YENİLƏNİB

15 Oktyabr 2021
Baxış: 520

Əfqanıstanın Qəndəhar şəhərindəki “Bibi-Fatimə” şiə məscidində baş verən partlayışda ölənlələrin sayı artıb.

AJMEDİA.İNFO xəbər verir ki, məlumata görə, intiharçı terrorçunun özünü partladması nəticəsində həlak olanların sayı 62, yaralıların sayı isə 70 nəfərə çatıb.

Xatırladaq ki, ötən cümə günü də Qunduz vilayətində şiələrin toplaşdığı “Seyid-Abad” məscidində partlayış törədilmişdi.

Həmin terrorda məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürmüşdü.

14:36

Əfqanıstanın Qəndəhar şəhərində şiələrin toplaşdığı “Bibi-Fatimə” məscidində partlayış baş verib. Verilən məlumata görə, intiharçı terrorçu özünü partladıb.

İlkin məlumatlara görə azı 25 nəfər həlak olub, 20-dən çox insan yaralanıb.

Xatırladaq ki, ötən cümə günü də Qunduz vilayətində şiələrin toplaşdığı Seyid-Abad məscidində partlayış törədilmişdi. Həmin terrorda məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürmüşdü.