28 Mart 2024
Dünyanın yeni bəlası “Meymun çiçəyi” virusu BU ŞƏHƏRDƏN YAYILIB

Dünyanın yeni bəlası “Meymun çiçəyi” virusu BU ŞƏHƏRDƏN YAYILIB

21 May 2022
Baxış: 801

Son günlər Avropanı həyacanda saxlayan “Meymun çiçəyi” virusunun yayılma mənbəyi məlum olub.

AJMEDİA.İNFO xəbər verir ki, virusun mayın 5-də Belçikanın Antverpen şəhərində keçirilən “Darklands” adlı fetiş festivalında yayılıb. İlk yoluxma halını Antverpen Tropik Sağlamlıq İnstitutu açıqlayıb.

Səhiyyə naziri Frank Vandenbrouk daha sonra yoluxma sayının 3-ə çatdığını bildirib.

Darklands festivalının təşkilatçıları Antverpendə keçirilən 4 günlük tədbirdə virusun xaricdən gələn insanlar tərəfindən ötürüldüyünü açıqlayıb və Səhiyyə Nazirliyi də bunu təsdiqləyib.

İlk dəfə mayın 7-də İngiltərədə qeydə alınan “meymun çiçəyi” virusu son 2 həftədə Avropanın 8 ölkəsinə yayılıb.

Adətən heyvandan insana, nadir hallarda isə insandan insana keçən virus bədəndə yüksək hərarət və qaşınma qabarcıqlarına səbəb ola bilir.(bizim.media)