20 Aprel 2024
Dünyada koronavirusla bağlı SON STATİSTİKA

Dünyada koronavirusla bağlı SON STATİSTİKA

21 May 2021
Baxış: 572

Dünyada 165 857 655 nəfərdə koronavirus aşkarlanıb.

AJMEDİA.info-nun məlumatına görə, virusdan 3 444 901 xəstə ölüb, 146 539 738 nəfər sağalıb.

Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (33 833 181 nəfər), Hindistan (26 031 991 nəfər), Braziliya (15 898 558 nəfər), Fransa (5 568 551 nəfər) və Türkiyədir (5 160 423 nəfər).

İranda 2 804 632, Gürcüstanda 334 705, Ermənistanda isə 221 559 nəfərdə koronavirus müəyyən edilib.

Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiyada (117 361 nəfər), İranda (77 994 nəfər) və Türkiyədə (45 626 nəfər) qeydə alınıb.

Azərbaycanda koronavirusa yoluxan 331 477 nəfərin 4 828-i ölüb, 318 502 xəstə sağalıb.