28 Mart 2024
Dünyada koronavirusa yoluxanların sayı üç milyon nəfəri ötüb

Dünyada koronavirusa yoluxanların sayı üç milyon nəfəri ötüb

28 Aprel 2020
Baxış: 411

Reuters agentliyinin araşdırmalarına əsasən, hazırda dünyada koronavirus infeksiyasına yoluxanların sayı üç milyon nəfəri ötüb.

AZƏRTAC xəbər verir ki, yoluxanların təxminən üçdəbiri pandemiyanın episentrlərindən biri olan ABŞ-ın payına düşür. Bu ölkədə virusla əlaqədar ölənlərin sayı da 200 min nəfərdən artıqdır.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrika, Şərqi Avropa, Latın Amerikası və bir sıra Asiya ölkələrində yoluxma hallarının artmasından narahatlığını ifadə edib. Bildirilib ki, bəşəriyyətin pandemiyanı arxada qoyacağı vaxta hələ çox var. 20-dən artıq ölkə COVID-19 problemi ilə yanaşı bir sıra digər xəstəliklərə qarşı peyvənd çatışmazlığından əziyyət çəkir. Bunun əsas səbəbləri arasında səhiyyə sisteminin zəif olması ilə yanaşı sərhədlərin bağlı olması və digər məhdudiyyətlər səbəbindən həmin regionlara müvafiq dərman və peyvəndlərin çatdırıla bilməməsidir.

ÜST-nin baş direktoru Tedros Qebreyesus qeyd edib ki, təşkilat hələ yanvarın 30-da qlobal fövqəladə vəziyyət elan edib və dünya ölkələri ÜST-nin tövsiyələrinə vaxtında əməl etməli idilər. Qeyd edilib ki, düzgün təşkil edilən tədbirlər sayəsində virusun ikinci dalğasının qarşısı alına bilər.