25 Aprel 2024
Dünyada koronavirusa yoluxanların sayı 161 milyonu ÖTDÜ

Dünyada koronavirusa yoluxanların sayı 161 milyonu ÖTDÜ

13 May 2021
Baxış: 410

Dünyada 161 091 539 nəfərdə koronavirus aşkarlanıb.

AJMEDİA.info xəbər verir ki, virusdan 3 345 293 xəstə ölüb, 138 880 158 nəfər sağalıb.

Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (33 586 136 nəfər), Hindistan (23 703 665 nəfər), Braziliya (15 361 686 nəfər), Fransa (5 821 668 nəfər) və Türkiyədir (5 072 462 nəfər).

İranda 2 707 761, Gürcüstanda 325 665, Ermənistanda isə 219 950 nəfərdə koronavirus müəyyən edilib.

Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiyada (114 331 nəfər), İranda (75 934 nəfər) və Türkiyədə (43 821 nəfər) qeydə alınıb.

Azərbaycanda koronavirusa yoluxan 328 159 nəfərin 4 726-ü ölüb, 309 771 xəstə sağalıb.