29 Mart 2024
Dünya kuboku: Vasif Durarbəyli Santoş Vidit ilə heç-heçə edib

Dünya kuboku: Vasif Durarbəyli Santoş Vidit ilə heç-heçə edib

25 İyul 2021
Baxış: 822

Rusiyanın Soçi şəhərində dünya kuboku yarışları davam edir.

AJM xəbər verir ki, dünya kubokunda uğurla irəliləyən şahmatçımız Vasif Durarbəyli səkkizdəbir finalda dünyanın güclü şahmatçılarından biri olan hindistanlı Santoş Vidit ilə qarşılaşıb. Qarşılaşma heç-heçə başa çatıb.

Qeyd edək ki, dünya kubokunda iştirak edən 6 şahmatçımız (Şəhriyar Məmmədyarov, Nicat Abasov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva və Türkan Məmmədyarova) yarışda mübarizəni dayandırıblar.

Xatırladaq ki, dünya kubokunun finalçıları iddiaçılar turnirinə vəsiqə qazanacaq.