29 Mart 2024
Dünya fond bazarlarında əsas indeks göstəriciləri enib

Dünya fond bazarlarında əsas indeks göstəriciləri enib

01 May 2020
Baxış: 463

Aprelin 30-da Amerika fond bazarında Dow Jones indeksi 1,17% – 24 345,72 bəndədək, S&P 500 indeksi 0,92% – 2 912,43 bəndədək, Nasdaq indeksi isə 0,28% – 8 889,55 bəndədək enib.

AJM-Economics"in məlumatına görə, Avropa fond bazarlarında aprelin 30-da FTSE 100 indeksi 3,50% – 5 901,21 bəndədək, Fransa CAC-40 indeksi 2,12% – 4 572,18 bəndədək, Almaniya DAX-ı isə 2,22% – 10 861,64 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% artaraq 1 708,2 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,71% artaraq 1,0951 dollar təşkil edib.