20 Aprel 2024
Dubay şeyxi də casus proqramından istifadə edib — Arvadını və qızlarını izləyib

Dubay şeyxi də casus proqramından istifadə edib — Arvadını və qızlarını izləyib

22 İyul 2021
Baxış: 1842

Dubay Şeyxi keçmiş arvadını və qızlarını izləmək üçün "Pegasus" casus proqramından istifadə edib.

AJMEDİA.İNFO "İsraelinfo"ya istinadla xəbər verir ki, "Pegasus" proqramı vasitəsilə Dubay şeyxinin qızı Lətifə Binat Məhəmməd əl-Məktum və keçmiş həyat yoladaşı Haye Bint Əl-Hüseynin də izlənildiyi məlum olub.

Qeyd edək ki, Lətifə Binat Məhəmməd əl-Məktum 2018-ci ildə Hind Okeanında yaxtada olarkən komandolar tərəfindən saxlanılıb və Dubaydan qaçmağa çalışıb. Həmin gündən şahzadə ictimaiyyət arasında görülməyib. Onun təhlükəsiz bir villada saxlanıldığı deyilir.

Haya Bint Əl-Hüseyin isə İordaniyanın hazırkı kralının bacısıdır. 2004-cü ildə Dubay şeyxi ilə evlənib və 2019-cu ildə uşaqları ilə birlikdə Londona qaçıb. Davamlı təhdidlər aldığı üçün xüsusi agentliyin himayəsində könüllü məhbus olaraq yaşayır.