16 Aprel 2024
DTX əməkdaşları Xocalı abidəsini ziyarət etdilər - FOTO

DTX əməkdaşları Xocalı abidəsini ziyarət etdilər - FOTO

26 Fevral 2024
Baxış: 256

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Xocalı abidəsini ziyarət ediblər.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə DTX Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, bəşər tarixinin ən qanlı faciələrindən olan Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar DTX rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Bakı şəhərinin Xətai rayonunda soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Abidənin önünə gül dəstələri düzülüb, faciə zamanı həlak olanların əziz xatirəsi dərin ehtiramla yad edilib.

DTX əməkdaşları Xocalı abidəsini ziyarət ediblər