05 İyul 2024
Dövlət imtahanına gələn qızları biabırçı şəkildə yoxladılar - VİDEO

Dövlət imtahanına gələn qızları biabırçı şəkildə yoxladılar - VİDEO

29 May 2024
Baxış: 327

Rusiyanın Voronej vilayətində məktəbli qızların dövlət imtahanından əvvəl alt paltarlarınadək axtarılmasının videosu yayılıb.

AJMEDİA.İNFO xəbər verir ki, müvafiq kadrları "Baza" teleqram kanalında yayımlayıb.

Görüntülərdə qızların birinin metal detektordan keçməyə bir neçə dəfə cəhd etdiyi, lakin geri göndərildiyi göstərilir. Bir neçə cəhddən sonra o, binanın çıxışına doğru uzaqlaşır.

Bundan əvvəl isə məktəbli qızlardan biri məktəbin girişində küçədə alt paltarını çıxarmalı olduğunu bildirib.

Digər qız deyir ki, o da məktəbin qarşısında küçədə soyunmalı olub və qız tələbələr əllərində alt paltarı ilə binaya qayıdıblar.

Voronej vilayətinin Təhsil Nazirliyinin rəsmiləri bu görüntülərlə bağlı yaranmış qalmaqala cavab verib.

Şöbənin nümayəndələri məktəbli qızların Dövlət İmtahanda belə üsulla axtarılmalarının etik olduğunu bildiriblər.