05 İyul 2024
DİN-dən bu şəxslə bağlı əhaliyə MÜHÜM MÜRACİƏT - FOTO

DİN-dən bu şəxslə bağlı əhaliyə MÜHÜM MÜRACİƏT - FOTO

29 May 2024
Baxış: 1028

Bank kartlarından daha bir oğurluq halı qeydə alınıb.



Bu barədə AJMEDİA.İNFO-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müxtəlif vaxtlarda 7 nəfərin bank kartlarından 300, 900, 50, 320, 125, 338 və 100 manat olmaqla ümumilikdə 2133 manat pul vəsaitlərinin talanması barədə polisə məlumatlar daxil olub:

“Həyata keçirilən tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, dələduzluğa görə axtarışda olan 21 yaşlı Raqif Məmmədov saxlanılıb. Araşdırmalarla onun “Tik-Tok” sosial şəbəkəsində həmin şəxslərin kart məlumatlarını dələduzluq yolu ilə ələ keçirərək pul vəsaitlərini talaması məlum olub”.

Məlumata görə, saxlanılan şəxs eyni üsulla daha 23 nəfərin pul vəsaitlərini talayıb: “Faktlarla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir. Onun əməllərindən zərər çəkmiş digər şəxslər varsa, bu barədə polis orqanlarına müraciət edə bilərlər”.(sfera.az)