26 Aprel 2024
Deputatlar dərman bazarını, antibiotiklərdən düzgün istifadəni müzakirə etdilər

Deputatlar dərman bazarını, antibiotiklərdən düzgün istifadəni müzakirə etdilər

19 Yanvar 2022
Baxış: 495

Milli Məclisin Səhiyyə komitəsinin 2022-ci ilin yaz sessiyası üçün iş planı açıqlanıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə komitənin iclasında məlumat verilib.

Komitə sədri Əhliman Əmiraslanov “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin müzakirəsi, “Onkoloji xəstələrə tibbi yardımın vəziyyəti və perspektivləri”, “Optika və optikaçılıq”, “Ürək və qan dövranı çatışmazlığı xəstəlikləri” və “Tibbi tullantıların idarə olunması” mövzularında dinləmələrin keçirilməsi plana salınıb.

Çıxışlarda deputatlar icbari tibbi sığortanın həyata keçirilməsində vətəndaş məmnunluğunun artırılması barədə danışıblar.

İcbari tibbi sığortanın əhatə dairəsinin genişləndirilməsi, dərman bazarının keyfiyyətinin və əlçatanlığının yaxşılaşdırılması, antibiotiklərdən qeyri-düzgün istifadənin nizamlanması, orqanların transplantasiyası kimi səhiyyənin aktual məsələləri ilə bağlı öz fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər.

Müzakirələrin sonunda Səhiyyə komitəsinin Milli Məclisin 2021-ci ilin payız sessiyası dövründə gördüyü işlərlə bağlı hesabatı məqbul sayılıb və komitənin 2022-ci ilin yaz sessiyası üçün iş planı təsdiqlənib.