Sabah hava yağışlı olacaq - PROQNOZ
27 dəqiqə əvvəlDeputatlar da müharibəyə çağırıldı - Cəbhədə döyüşəcəklər
23 Sentyabr 2022
Baxış: 325
Rusiyada səfərbərlikdən sonra Hakim Vahid Rusiya Partiyasından olan 4 deputat hərbi xidmətə çağırılıb.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Ria novosti məlumat yayıb. Bildirilir ki, onlar Dmitri Sablin, Sergey Sokol, Vitali Milonov və Dmitri Xubezovdur. Məlumata görə, deputatlar bununla bağlı ərazilərini partiya şurasına təqdim ediblər. Bildirilir ki, səfərbərliyə çağırılan şəxslər bir neçə günlük təlim keçəndən sonra xüsusi hərbi əməliyyat zonasında göndəriləcək.
Qeyd edək ki, Prezident Vladimir Putinin elan etdiyi səfərbərlik 300 min nəfəri əhatə edir. Onlar birdəfəlik deyil, mərhələli şəkildə orduya çağırılır.