29 Mart 2024
Deputat: “Demokratiya sammiti” ABŞ-ın yeni bölücülük siyasətindən xəbər verir”

Deputat: “Demokratiya sammiti” ABŞ-ın yeni bölücülük siyasətindən xəbər verir”

11 Dekabr 2021
Baxış: 659

"Dünyada baş verən prosesləri özünün ictimai-siyasi maraqları müstəvisində yönləndirmək cəhdləri uğur vəd etmir. Çünki qloballaşan dünyada bu cür vasitələrlə dövlətləri idarə etmək, təsir altında saxlamaq siyasəti acı sonluqla bitir".

AJMEDİA.İNFO xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, beynəlxalq güclərin demokratiya adı altında Suriya, İraq, Əfqanıstan və digər ölkələrdə həyata keçirmək istədiyi proseslərin acı nəticələri ortadadır: "ABŞ-ın "demokratiya sammiti" adı altında ölkələri qütblərə bölməsi uğursuz yanaşmadır və bölücülüyə, nifaqa xidmət edir. Bu gün demokratik dəyərlər məhz demokratiyanın beşiyi sayılan ölkələrdə böhran keçirir. Amma bütün bunların fonunda Azərbaycan dünyada multikulturalizmin ənənəvi dövlət siyasəti olması üçün əməli addımlar atıb. Bakı Şərqlə Qərb arasında körpü rolunu oynayır. Azərbaycan Qoşulmama Hərəkatının əlverişli fikir mübadiləsi platformasına çevrilməsinin mühüm təşəbbüskarıdır".

Ceyhun Məmmədov

Ceyhun Məmmədov

Deputat bildirib ki, "demokratiya sammiti”nə ABŞ-a rəqib olan qlobal və regional güc mərkəzlərinin dəvət olunmaması Birləşmiş Ştatların demokratiya faktorundan öz siyasi məqsədləri üçün istifadə faktını daha da təsdiqləyir: "Məhz bu addımlar “demokratiya”nın ABŞ-ın öz hegemonluğunu təmin etməsi üçün irəli sürülmüş strategiyanın tərkib hissəsi olduğunu göstərir. Biz demokratiyanın zorakı yolla ixracı siyasətinin acı nəticələrini Əfqanıstan, İraq, Suriya, “ərəb baharı”nı yaşamış ölkələrin taleyində görmüşük. Bu səbəbdən də, virtual sammit müstəvisində aparılan müzakirələr həqiqi dialoq deyil və ölkələrin qarşılaşdıqları sosial-iqtisadi problemlərin həllinə təsir göstərməyəcək".

O vurğulayıb ki, Çin, Rusiya, Türkiyə, türkdilli dövlətlərin, müsəlman ölkələrinin böyük əksəriyyəti toplantıya dəvət olunmamışdı: "Bu isə yeni bölücülük, qütbləşmə siyasətindən xəbər verir".