24 Aprel 2024
Damla xeyriyyə tədbirindən imtina etdi: “Dedi ki, mən elə yerlərə getmirəm” - VİDEO

Damla xeyriyyə tədbirindən imtina etdi: “Dedi ki, mən elə yerlərə getmirəm” - VİDEO

18 May 2021
Baxış: 774

ARB TV-nin “Bazar Düzü” verilişinin növbəti qonağı təşkilatçı Ömər Abdullayev olub.

AJMEDİA.info xəbər verir ki, gənc təşkilatçı xeyriyyə tədbirlərindən qonorar istəyən məşhurların adını çəkməkdən çəkinməyib:

“Təşkil etdiyimiz xeyriyyə tədbirlərinə çağırdığımız ifaçılardan qonorar istəyənlər olub. 2018-ci ildə əlil uşaqlar üçün təşkil olunan konsertdə iştirak üçün müğənni Kərim 500 manat istəmişdi. Daha sonra Gülüstan Əliyeva da qonorar istəyib. İfaçı Damla xanıma dəfələrlə zəng vurmuşuq. Deyir ki, biz ümumiyyətlə xeyriyyə tədbirinə getmirik”.