20 Aprel 2024
"Çox peşman olacaqsınız" - Rusiya bu Avropa ölkəsini TƏHDİD ETDİ

"Çox peşman olacaqsınız" - Rusiya bu Avropa ölkəsini TƏHDİD ETDİ

12 May 2022
Baxış: 403

Rusiya Finlandiya ilə bağlı sərt açıqlama verib.

AJMEDİA.İNFO xarici mediaya istinadən xəbər verir ki, Finlandiyanın NATO-ya üzvlüklə bağlı bəyanatına Rusiya sərt reaksiya verib.

Belə ki, Rusiya Finlandiyanın bəyanatlarına təhdid xarekterli cavab verib.

Kremlin bəyanatında deyilir: "Finlandiya Avropa Birliyinin Rusiyaya qarşı qeyri-dost addımlarına qoşulmağa başlayıb. Bu, təəssüf doğuran addımdır və buna cavab veriləcək. Finlandiyanın NATO-ya üzvlüyü Rusiya üçün birbaşa təhdiddir, çox peşman olacaqlar".

Bəyanatda həmçinin Rusiyanın qətiyyətli cavab vermək üçün hər an hazır olduğu bildirilib: "NATO-nun genişlənməsi nə dünyanı, nə də Avropanı daha sabit hala gətirməyəcək. Rusiya Ukraynaya müdaxilə etməyə çalışan və hərbi əməliyyatın qarşısını almağa çalışanlara ən qətiyyətli cavabı verməyə hazırdır".(azxeber.com)