24 Aprel 2024
Çempionlar Liqasının gələn ilki finalı İstanbulda keçirilə bilər

Çempionlar Liqasının gələn ilki finalı İstanbulda keçirilə bilər

11 İyun 2020
Baxış: 369

Çempionlar Liqasının (ÇL) builki finalı İstanbuldan alınacaq.

Apasport.az saytının məlumatına görə, bu iddia ilə Türkiyə mətbuatı çıxış edib.

Bildirilib ki, Türkiyə Futbol Federasiyası (TFF) UEFA ilə danışıqlarda azarkeşsiz final görüşü qəbul etmək istəmədiyini vurğulayıb. TFF əvəzində qitə futbol qurumundan 2021-ci ilin ÇL finalının İstanbula salınmasını istəyib. Türkiyəlilər bununla gələn il azarkeşlərin də iştirakı ilə final qarşılaşması keçirmək niyyətindədirlər.

Məlumatda qeyd olunub ki, TFF ilə UEFA bu məsələdə artıq ortaq məxrəcə gəlib. Razılığa əsasən, builki boş tribunalar önündə final başqa ölkədə, gələnilki azarkeşlərlə həlledici qarşılaşma isə İstanbulda baş tutacaq. İyunun 17-də keçiriləcək UEFA İcraiyyə Komitəsinin videokonfransından sonra bunun rəsmən açıqlanması gözlənilir.

Məsələ ilə bağlı açıqlama verən TFF prezidenti Nihat Özdəmir belə bir niyyətlərinin olduğunu gizlətməyib: “Final matçının keçiriləcəyi Atatürk Olimpiya Stadionuna ciddi yatırım edilib. Məqsədimiz həm mükəmməl bir turnirə ev sahibliyi etmək, həm ölkəmizi yaxşı şəkildə tanıtmaq, həm də on minlərlə qonağı qəbul etməkdir. Biz finalın azarkeşlərlə keçirilməsini istəyirik. Alternativlərimiz arasında bu, ilk sıradadır”.

Qeyd edək ki, Çempionlar Liqasının final oyununun Portuqaliya və ya Almaniyaya verilməsi istisna olunmur.

Teqlər: Çempionlar