19 Aprel 2024
Çempionlar Liqasının final matçı Türkiyədən alındı -  Bu ölkədə olacaq

Çempionlar Liqasının final matçı Türkiyədən alındı - Bu ölkədə olacaq

13 May 2021
Baxış: 559

UEFA bu mövsüm Çempionlar Liqasının finalının keçiriləcəyi məkanla bağlı yekun qərarı verib.

AJMEDİA.info qurumun saytına istinadən xəbər verir ki, həlledici matç İstanbulda yox, Portuqaliyanın Portu şəhərində keçiriləcək. Draqao stadionundakı görüşə 6 min azarkeş buraxılacaq. Mayın 29-u keçiriləcək finalda İngiltərənin "Çelsi" və "Mançester Siti" klubları üz-üzə gələcək.

Xatırladaq ki, İngiltərə hökuməti Çempionlar Liqasının finalı öncəsi Türkiyəni sərt karantin qaydaları olan ölkələrin qırmızı siyahısına daxil etdikdən sonra UEFA ilə İngiltərə hökuməti arasında danışıqlar başlamışdı.

Qeyd edək ki, İngiltərə Portuqaliyaya səyahət edəcək vətəndaşlara isə heç bir məhdudiyyət qoyulmayıb.