25 Aprel 2024
"Bunu et, Donbas məsələsini danışaq" - Zelenskidən Putinə ŞOK TƏKLİF

"Bunu et, Donbas məsələsini danışaq" - Zelenskidən Putinə ŞOK TƏKLİF

28 Mart 2022
Baxış: 605

Ukrayna Prezidenti Volodimir Zelenski Donbas məsələsində dialoqa başlamaq üçün Rusiya Federasiyasını qoşunlarını fevralın 24-dən əvvəl olduqları mövqelərə çəkməyə çağırıb.

AJMEDİA.İNFO Ukrainskaya Pravda-ya istinadən xəbər verir ki, bunu Volodimir Zelenski Rusiya mətbuatına verdiyi müsahibəsində bildirib.

Zelenski hərbi qələbəni necə təsəvvür etdiyi sualına belə cavab verib:

“Qurbanların sayını minimuma endirmək üçün bu müharibənin müddətini qısaltmaq. Rusiya qoşunları fevralın 24-nə qədər olduqları ərazilərə qayıtsınlar.Mən başa düşürəm ki, Rusiyanı ərazini tamamilə azad etməyə məcbur etmək mümkün deyil, bu, Üçüncü Dünya müharibəsinə gətirib çıxaracaq. Mən hər şeyi mükəmməl başa düşürəm və bunun fərqindəyəm. Ona görə deyirəm ki, anlaşaq. Hər şeyin başladığı yerə qayıdın və biz orada Donbas məsələsini, çətin Donbas məsələsini həll etməyə çalışacağıq”.(Konkret.az)