25 Aprel 2024
Buna görə Azərbaycan Ermənistanı MƏSULİYYƏTƏ CƏLB EDƏCƏK

Buna görə Azərbaycan Ermənistanı MƏSULİYYƏTƏ CƏLB EDƏCƏK

17 Sentyabr 2021
Baxış: 598

Azərbaycan Ermənistanı irqi ayrı-seçkiliyin ləğv edilməsi haqqında Konvensiyanı pozmasına görə məsuliyyətə cəlb edəcək.

AJMEDİA.İNFO xəbər verir ki, bunu özünün tvitter hesabında Azərbaycan Xarici İşlər Nazirinin müavini Elnur Məmmədov yazıb.

"Yaxın günlərdə biz Ermənistanı İrqi Ayrı-seçkiliyin Bütün formalarının Ləğv Edilməsi Haqqında Beynəlxalq Konvensiyanı pozmasına görə məsuliyyətə cəlb edəcəyik. İşğal zamanı 30 il ərzində azərbaycanlıların hüquqlarının pozulması qəbuledilməzdir", - deyə nazir müavini qeyd edib.