29 Mart 2024
Büllur gücə və yaxud Sındırılmış şüşələr gecəsi
Büllur gücə və yaxud Sındırılmış şüşələr gecəsi

Büllur gücə və yaxud Sındırılmış şüşələr gecəsi

11 Noyabr 2020
Baxış: 2023

Büllur gücə və yaxud Sındırılmış şüşələr gecəsi.

10 noyabr 1938-ci ildə üçüncü reyx tərəfindən yəhudilərə qarşı başlanılmış talan. Yəhudilərə qarşı talanlar Almaniya, Avstriyanın bir hissəsində, Sudet əyalətində və Dansiq azad şəhərində noyabrın 9-10 arasında hərbiləşmiş SA bölmələri və mülki şəxslər tərəfindən həyata keçirilmişdir (bir sıra əlaqəli hücumlar). Polis bu hadisələrə seyriçi olmuş və mane olmaqdan çəkinmişdir.

Hücumlar nəticəsində yəhudilərə məxsus dükanların, binaların və sinaqoqların sındırılmış şüşələrinin parçaları küçələrə səpilmişdi.

Talanlara səbəb Gebbelsin çıxışında Parısdə yaşayan polyak yəhudisi Herşel Qrinşpan tərəfindən Alman diplomatı Ernst fom Ratın güllələnməsindən sonra beynəlxalq yəhudilərin Almaniyaya və fürerə hücumu kimi dəyərləndirməsi olmuşdur.

Büllur gecədən sonra yəhudilərə qarşı iqtisadi və siyasi təqiblər gücləndi. Bu hadisə tarixçilər tərəfindən Nasist Almaniyasının irqi siyasətinin bir hissəsi olaraq qəbul edilir və yəhudi məsələsinin son həll yolunun və Xolokosta başlanğıc olaraq qəbul olunur.