24 Aprel 2024
Builki təbii fəlakətlər dünyaya 150 mlrd. dollara başa gəlib

Builki təbii fəlakətlər dünyaya 150 mlrd. dollara başa gəlib

28 Dekabr 2020
Baxış: 2433

2020-ci ildə baş vermiş təbii fəlakətlər nəticəsində bəşəriyyətə 150 mlrd. ABŞ dolları dəyərində zərər dəyib.

"AJM "The Guardian"a istinadən verdiyi məlumata görə, bu barədə "Christian Aid" xeyriyyə təşkilatının hesabatında deyilir.

"İqlim dəyişikliyi 2020-ci ildə davam edib. Söhbət Asiyadakı daşqınlar, Afrikadakı çəyirtkə hücumu, həmçinin Avropa və Amerikadakı fırtınalardan gedir", - hesabatda deyilir.

Təbii fəlakətlər nəticəsində il ərzində ən azı 3,5 min insan həyatını itirib, 13,5 mln. çox insan isə evlərini tərk etmək məcburiyyətində qalıb.