26 Aprel 2024
Bu Türk dövləti Rusiya ilə ittifaqdan İMTİNA ETDİ

Bu Türk dövləti Rusiya ilə ittifaqdan İMTİNA ETDİ

14 Dekabr 2022
Baxış: 378

Rusiya ilə qaz ittifaqından imtina edən Özbəkistan Türkmənistandan qaz idxalını artırıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu haqda məlumatı enerji sahəsi üzrə ekspert Zəfər Vəliyev paylaşıb.

O bildirib ki, 2022 -2023 isitmə mövsümündə ( qış mövsümü ) Özbəkistan Türkmənistandan 1,5 milyard kubmetr qaz idxal edəcək. Hazırda gündəlik ixrac həcmləri isə 20 milyon kubmetr civarındadır.

Z.Vəliyev qeyd edib ki, “Qazprom” sanksiyalardan sonra Avropada itirdiyi ixrac qabiliyyətini başqa bazarlar hesabına kompensasiya etmək istəyir. Ekspert bu məqsədlə Mərkəzi Asiya ölkələrinin qaz nəql sistemlərindən ( ixrac güclərindən) də istifadə etməyin nəzərdə tutulduğunu, amma Özbəkistanın davranışı ilə bu cəhdlərin bir qisminin baş tutmadığını söylədi.(sfera.az)