29 Mart 2024
“Bu təhlükəli solçu hökuməti devirmək üçün..." - Baş nazirlikdən gedən Netanyahudan İLK AÇIQLAMA

“Bu təhlükəli solçu hökuməti devirmək üçün..." - Baş nazirlikdən gedən Netanyahudan İLK AÇIQLAMA

14 İyun 2021
Baxış: 622

"Baş Nazir kabinetini tərk etməyimə baxmayaraq, siyasətdən çəkilməyəcəyəm".

AJMEDİA.info xəbər verir ki, bu sözləri İsrailin artıq keçmiş baş naziri sayılan Benyamin Netanyahu deyib.

O, hazırda müxalifətə keçən “Likud” partiyasının rəhbəri olaraq qalacağını və gələcək seçkilərdə namizəd olacağını bildirib:

“Bu təhlükəli solçu hökuməti (bu gün seçilən hökuməti nəzərdə tutur) devirmək üçün gündəlik mübarizənizdə sizə rəhbərlik edəcəyəm və Allahın köməyi ilə bu, düşündüyünüzdən daha sürətli olacaq”.

Qeyd edək ki, İsrail Knesseti yeni hökumətin tərkibini təsdiq edib. Qərara əsasən, yeni hökumətə Naftali Bennet rəhbərlik edəcək.