29 Mart 2024
"Bu, İrana mesajdır" – İsrailli zabit

"Bu, İrana mesajdır" – İsrailli zabit

15 Noyabr 2021
Baxış: 684

İsrail, BƏƏ, Bəhreyn və ABŞ-ın iştirakı ilə Qırmızı dənizin şimalındakı Aqaba körfəzində keçirilən birgə təlim İrana mesaj vermək məqsədi daşıyır.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “Yerusəlim Post”a israilli zabit danışıb.

Zabit bildirib ki, birgə təlim İranın Yaxın Şərq sularında İsrailə qarşı hücumlarına cavab olaraq həyata keçirilir:

“İran Qırmızı dənizdə müstəqil hərəkət edir. İsrailə qarşı təxribat xarakterli hərəkətlərə yol verilməməsi üçün İranın Qırmızı dənizdən uzaqlaşdırılması vacibdir. İran regionda təkcə quruda deyil, dənizdə də mövqelərini aktivləşdirməyə çalışır. Bu istiqamətdə dənizdə hücumlar həyata keçirmək üçün PUA və müxtəlif platformalardan istifadə edir”.(axar.az)