29 Mart 2024
Bu gündən 16 iyun saat 06:00-dək 9 şəhər və rayonda ictimai nəqliyyat və avtomobillərin hərəkəti qadağan edilib

Bu gündən 16 iyun saat 06:00-dək 9 şəhər və rayonda ictimai nəqliyyat və avtomobillərin hərəkəti qadağan edilib

14 İyun 2020
Baxış: 536

2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb.

AJM-nın xəbərinə görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib.

Xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti, həmçinin onların əməkdaşlarına məxsus şəxsi avtomobillərin, eyni zamanda yaxın qohumlarının dəfnində iştirakla əlaqədar vətəndaşların şəxsi avtomobillərinin hərəkəti istisnadır.

Teqlər: Bu gündən