20 Aprel 2024
Bu gün neçə nəfər yoluxub? - SON STATİSTİKA

Bu gün neçə nəfər yoluxub? - SON STATİSTİKA

19 İyul 2021
Baxış: 556

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 148 yeni yoluxma faktı qeydə alınıb, 56 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AJMEDİA.İNFO-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 338 586 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 350 nəfər müalicə olunaraq sağalıb, 4 994 nəfər vəfat edib. 2 242 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 022, bu günə qədər isə ümumilikdə 3 920 841 test icra olunub.

Bu gün Azərbaycanda koronavirus əleyhinə 483 vaksin vurulub.

Birinci mərhələdə peyvənd olunanların sayı 181, ikinci mərhələ üzrə 302 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 4 357 839, birinci mərhələ üzrə vaksin olunanların sayı 2 581 000, ikinci mərhələ üzrə isə 1 776 839 nəfər təşkil edir.