26 Aprel 2024
Bu gün Azərbaycanda yoluxma sayı 100-ü keçdi - SON RƏQƏMLƏR

Bu gün Azərbaycanda yoluxma sayı 100-ü keçdi - SON RƏQƏMLƏR

02 İyul 2021
Baxış: 4707

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 101 yeni yoluxma faktı qeydə alınıb, 63 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AJMEDİA.İNFO-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 336 223 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 338 nəfər müalicə olunaraq sağalıb, 4 977 nəfər vəfat edib, aktiv xəstə sayı 908 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9851 , ötən müddət ərzində isə ümumilikdə 3 767 982 test aparılıb.