19 Aprel 2024
Bu gün Azərbaycanda 273 yeni yoluxma qeydə alındı - SON STATİSTİKA

Bu gün Azərbaycanda 273 yeni yoluxma qeydə alındı - SON STATİSTİKA

03 Yanvar 2022
Baxış: 400

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 273 yeni yoluxma faktı qeydə alınıb 576 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AJMEDİA.İNFO-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 617 952 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 601 645 nəfər müalicə olunaraq sağalıb, 8 383 nəfər vəfat edib, aktiv xəstə sayı 7 924 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 337, ötən müddət ərzində isə ümumilikdə 5 883 101 test aparılıb.