20 Aprel 2024
Bu ərəb ölkəsinin kralı İsrailli nazirlərlə görüşdüyünü TƏSDİQLƏDİ

Bu ərəb ölkəsinin kralı İsrailli nazirlərlə görüşdüyünü TƏSDİQLƏDİ

26 İyul 2021
Baxış: 605

İordaniya Kralı II Abdullah İsrail Baş naziri Naftali Bennett və müdafiə naziri Benni Qantzla görüşdüyünü təsdiqləyib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə II Abdullah özü CNN-ə məlumat verib.

"Bu görüşlərdən çox həvəslə çıxdım. İnanıram ki, son iki həftə ərzində yalnız İsrail ilə İordaniya arasındakı qarşılıqlı anlaşmadan əlavə, İsrail-Fələstin məsələsində də irəli doğru addım atacağıq", - II Abdullah vurğulayıb.

Qeyd edək ki, daha öncə "Valla" qəzeti İsrail Baş naziri Naftali Bennett və İordaniya Kralı II Abdullahın Əmmanda gizli görüş keçirdiyini iddia etmişdi.