26 Aprel 2024
Bu ərəb ölkəsi yəhudi aktrisaya görə filmin nümayişini QADAĞAN ETDİ

Bu ərəb ölkəsi yəhudi aktrisaya görə filmin nümayişini QADAĞAN ETDİ

08 Fevral 2022
Baxış: 1760

“Nildə ölüm” detektiv filmi İsrail əsilli aktrisa Qal Qadota görə Küveytdə qadağan edilib.

AJMEDİA.İNFO bu barədə “İsrael Tayms”a istinadən xəbər verir.

Məlumata görə, film bu ay nümayiş etdirilməli idi. Lakin ölkə rəhbərliyi sosial şəbəkələrdəki tənqidlərdən sonra detektivin nümayişinə qadağa qoyub. İstifadəçilər bildiriblər ki, Qadot İsrail ordusunda xidmət edib, buna görə də onun çəkildiyi film Küveytdə nümayiş oluna bilməz.

Qeyd edək ki, İsrail və Küveyt arasında diplomatik əlaqələr yoxdur və İsrail pasportu olan bütün şəxslərin ölkəyə girişi qadağandır.