25 Aprel 2024
Böyük Britaniyanın Bristol şəhərində etiraz aksiyaları keçirilib

Böyük Britaniyanın Bristol şəhərində etiraz aksiyaları keçirilib

04 Aprel 2021
Baxış: 1187

Böyük Britaniyanın Bristol şəhərində etiraz aksiyaları keçirilib.

AJM xəbər verir ki, mitinq iştirakçıları 25 əyalətdə və bölgədə təhlükəsizlik qüvvələrinin səlahiyyətlərinin dəyişdirilməsini nəzərdə tutan qanun layihəsinə etiraz ediblər. Aksiyada “Qanunu öldür” (Kill the Bill) şüarı səsləndirilib.

Təxminən 1500 nəfərin iştirak etdiyi yürüşdə polislə etirazçılar arasında toqquşma yaranıb, 7 nəfər həbs edilib.

London, Birminqem, Liverpul, Nyukasl, Veymut və Bornmut şəhərlərində də “Qanunu öldür” etirazlarına yüzlərlə insan qoşulub.

Polisin təlimatlarına riayət etməyən şəxslər isə 2500 funt sterlinqə qədər cərimələniblə