28 Mart 2024
“Borussiya Dortmund” müdafiəçisi Əşrəf Hakiminin icarə müddətini bir il uzatmaq istəyir

“Borussiya Dortmund” müdafiəçisi Əşrəf Hakiminin icarə müddətini bir il uzatmaq istəyir

12 İyun 2020
Baxış: 398

Almaniyanın “Borussiya Dortmund” futbol klubu icarə əsasında çıxış edən müdafiəçisi Əşrəf Hakiminin icarə müddətini bir il uzatmaq istəyir.

AJM xarici KİV-lərə istinadla xəbər verir ki, 21 yaşlı mərakeşli müdafiəçi Almaniya komandasında qalmağın əleyhinə deyil. Ə.Hakiminin müqavilə ilə məxsus olduğu İspaniyanın “Real Madrid” klubunun baş məşqçisi Zinəddin Zidan futbolçunun komanda da oynamağa hazır olduğuna və Daniel Karvaxal ilə rəqabət edə biləcəyinə əmin deyil.

Qeyd edək ki, ispaniyalı müdafiəçi cari mövsümdə “Borussiya Dortmund”un heyətində keçirdiyi 30 oyunda 5 qol vurub və 10 məhsuldar ötürmə edib.