25 Aprel 2024
BMT: Saudi Aramco qurğuları İran raketləri ilə vurulub

BMT: Saudi Aramco qurğuları İran raketləri ilə vurulub

12 İyun 2020
Baxış: 448

Reuters agentliyi xəbər verir ki, BMT Baş Katibi Antoniu Guterres, Səudiyyə dövlət neft şirkətinə məxsus "Saudi Aramco" nın Abkaikdə və Hurayisdəki neft istehsal müəssisələrinə hücum üçün 2019-cu ilin sentyabr ayında istifadə edilən kruiz raketlərinin İran mənşəli olduğunu bildirib.

2019-cu ilin may ayında Afif neft infrastrukturu obyektlərinə və iyun-avqust 2019-da Abha beynəlxalq hava limanlarına hücum edən raketlərin "İran mənşəli" olması da təsdiqlənib.

İran hakimiyyəti İranın Abkaik və Xurayisdəki neft şirkətlərinə hücumlarında iştirakını qəti şəkildə rədd edib. Tehran hücumların Səudiyyə koalisiyasına qarşı "qanuni mübarizə" aparan husi yəmənli üsyançılar tərəfindən edildiyini iddia edib.
Yəmənli Husiler hücumun məsuliyyətini öz üzərinə götürdüyü qeyd edilir. Son vaxtlara qədər ballistik raketlərdən və İran istehsalı pilotsuz uçan aparatlardan istifadə edərək bu cür hücumları həyata keçirənlər olub. Husiçilər, İran Təyyarə İstehsalat Şirkəti (HESA) tərəfindən istehsal olunan Ababil-T döyüş sursatının nisbətən yeni bir versiyası olan Səudiyyə hədəflərinə hücum etmək üçün ümumiyyətlə Kasif-2K dronlarundan istifadə etdikləri iddia edilir.