19 Aprel 2024
"Biz sizdən tuman geyinib-geyinmədiyinizi soruşuruq?" - Aktrisadan deputata AĞIR SÖZLƏR

"Biz sizdən tuman geyinib-geyinmədiyinizi soruşuruq?" - Aktrisadan deputata AĞIR SÖZLƏR

13 May 2022
Baxış: 524

Türkiyəli aktrisa Burcu Biricik ilə sabiq deputat Ahmet Çakar arasında mübahisə yaranıb.

AJMEDİA.İNFO bildirir ki, keçmiş MHP millət vəkili qatıldığı canlı yayımda aktrisa Melis Sezenin geyindiyi paltarını tənqid edib. Qısa müddətdə sosial mediada gündəmə gələn Çakarın sözlərinə sənət adamlarından reaksiya gəlməkdə davam edir. Bu dəfə Burcu Biricik məsələyə münasibət bildirib. Belə ki o, vəkilə müraciət edərək paylaşımında bu sözlərə yer verib:

"Cənablar, biz sizdən tuman geyinib-geyinmədiyinizi soruşuruq? Soruşmuruq, çünki bizim işimiz, vəzifəmiz deyil. Xahiş edirəm, vəzifəniz olmayan şeylərdən uzaq durun! Elə bilirsiniz ki, belə danışanda biz də siz istədiyiniz kimi geyinəcəyik? Etməyin, güldürməyin!”.

Qeyd edək ki, Kanal D ekranlarında yayımlanan "Sadakatsız" serialında baş rolu canlandıran Melis Sezenin geyimini tənqid edən Çakar, "Onun geyindiyi paltar qanuni olaraq cinayətdir. Çünki cəmiyyət içində sinəsi açıq formada görünür. Deməli alt paltarı yoxdur, sinə dekoltesi göbəyinə qədər enib”.