20 Aprel 2024
Bir gündə nə qədər vaksin vurulub?

Bir gündə nə qədər vaksin vurulub?

19 Noyabr 2021
Baxış: 609

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 32 573 vaksin vurulub.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 386, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 902 “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 21 285 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 10 234 106, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 042 611, ikinci mərhələ üzrə 4 512 674, “buster” doza üzrə isə 678 821 nəfər təşkil edir.

Teqlər: vaksinasiya