25 Aprel 2024
Bill Qeyts koronavirusa YOLUXDU

Bill Qeyts koronavirusa YOLUXDU

11 May 2022
Baxış: 405

Koronavirusla mübarizədə sərmayələri ilə tanınan Microsoft-un qurucusu Bill Qeyts COVID-19 testinin müsbət çıxdığını açıqlayıb.

AJMEDİA.İNFO xəbər verir ki, şəxsi Tvitter hesabından açıqlamalar verən Qeyts, "Peyvənd olunduğum üçün şanslıyam" deyib:

"Yüngül simptomlar yaşayıram və yenidən sağlam olana qədər mütəxəssislərin tövsiyəsi ilə özümü təcrid edirəm".

COVID-19 -un son pandemiya olmayacağını dəfələrlə bəyan edən Qeyts yeni epidemiyanın qarşısını almaq üçün əlamətdar qərar qəbul etmişdi.