18 Aprel 2024
“Bəs niyə özünü hələ də güllələməmisən?” - Paşinyandan Sarkisyana ironik sual

“Bəs niyə özünü hələ də güllələməmisən?” - Paşinyandan Sarkisyana ironik sual

07 İyun 2021
Baxış: 552

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan keçmiş prezident Serj Sarkisyana cavab verib. Nikol Paşinyan Serj Sarkisyana ölkədəki silahların böyük hissəsinin onun prezidentlik dövründən sonra alındığı üçün nəyə görə özünü hələ də güllələməməsi barədə ritorik sual ünvanlayıb.

AJMEDİA.info xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb.

“O, deyir ki, əgər ali baş komandan olsaydı, özünü güllələyərdi. Bəs Ermənistanın silahlarının 75 faizinin son iki ildə alınması özünü güllələmək üçün səbəb deyilmi? Əgər Monte-Karlo kazinosunda əsgərlərdən oğurlanan milyonları uduzsaydı özünü güllələyərdi?”, - deyə N.Paşinyan bildirib.

Xatırladaq ki, daha əvvəl Sarkisyan seçicilərlə görüş zamanı Paşinyanı 10 min insanın ölümündə günahlandırıb və onun yerində olsaydı, özünü güllələyəcəyini bildirib.